(R) DəmirBank-ın “VISA Gold və Platinum kartları müştərilərə pul gətirir” aksiyası davam edir
27 iyun 2013 14:16 (UTC +04:00)

(R) DəmirBank-ın “VISA Gold və Platinum kartları müştərilərə pul gətirir” aksiyası davam edir

DəmirBank-ın 2012-ci ilin dekabr ayından etibarən tətbiq etdiyi VISA Gold və Platinum kart sahibləri üçün xüsusi geri ödəmə (cash back) aksiyası davam edir.

 

Şərtlərə görə, Azərbaycanda və dünyanın digər ölkələrində bu kartlarla nağdsız ödənişlərin müəyyən hissəsi kart hesabına geri qayıdır (Cashback / geri ödəmə xidməti). VISA Gold sahibləri nağdsız dövriyyələrinin 0,7%-ni, VISA Platinum sahibləri isə 1,5%-ni qazanırlar.

 

Aksiya üzrə hesablaşmalar hər ay həyata keçirilir və kart sahibi bu barədə SMS-bildiriş alır. Bu aksiya nağd pul əməliyyatlarına və Card-to-Card köçürmələrinə şamil olunmur.

 

DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bankçılıq, İnternet-Bankçılıq və Telefon-Bankçılıq xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində kommunal, mobil və stasionar rabitə, internet, kabel TV ödənişləri və sair xidmətlər təqdim edir. DəmirBank-ın kart sahibləri “İl Boyu Endirimlər” proqramı üzrə ölkənin müxtəlif ticarət və xidmət mərkəzlərində endirimlər də əldə edə bilər.

 

DəmirBank kartlar üzrə digər kampaniyalar və proqramlar da təqdim edir - “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair. DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) kartlar təqdim edir.

 

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608
avatar

Oxşar yazılar