Yumurta niyə bahalaşdı? - <span style="color:red;">Səbəb bu imiş
20 sentyabr 2019 12:14 (UTC +04:00)

Yumurta niyə bahalaşdı? - Səbəb bu imiş

Son zamanlar marketlərdə yumurtanın qiyməti bahalaşıb. Belə ki, yay boyunca 10 qəpiyə aldığımız yumurtanı indi 13-14 qəpiyə alırıq. Bəs görəsən bahalaşmaya səbəb nə oldu? Yoxsa bahalaşma payız fəslinin gəlişi ilə əlaqədardır?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bahalaşmanın mövsümi deyil idxaldan asılı olaraq baş verdiyini bildirib:

“Marketlərdə qiymətlər artıb. Ümumiyyətlə, yumurtanın qiymətlərində dəyişikliklər var. Bu da ondan irəli gəlir ki, tələbatı ödəyən yem xaricdən idxal olunur. Onların da qiyməti bahalaşıb. Təsəvvür edin, hətta ölkədə olan yem xaricdəkindən də bahadır. Yumurtanı necə ucuz satsınlar ki? Bu mümkün deyil. Yumurtanın da 4-5 növü var. 8, 9, 10, 11 qəpiyə satırlar. Bu da ki, marketlərin öz qiymətləridir. Bahalaşma mövsümi xarakter daşımır. Yem tələbatı 65-70% idxaldan asılıdır. Xaricdən gələn yem və yem əlavələri bahalaşdıqca məcburi yumurtanın da qiyməti bahalaşır”.

Aydın Vəliyev açıqlamasında digər sahələrdə qiymət artımına səbəb olan idxaldan asılılığın burada da öz sözünü dediyini vurğuladı.

Ancaq Quşçuluq fəaliyyəti ilə məşğul olan sahibkar Mürvət Həsənli Lent.az-a verdiyi açıqlamada bahalaşmanı idxal yaxud yem çatışmazlığı ilə əlaqədar hesab etməyib. Onun sözlərinə görə bahalaşma mövsümi xarakter daşıyır və tələb-təkliflə əlaqədardır:

“Bahalaşma yem çatışmazlığı yaxud yemin bahalaşması ilə bağlı deyil. Mövsümi xarakter daşıyır. Yayın bitməsi, məktəblərin açılması və insanların aktiv fəaliyyətə başlaması ilə tələb-təklif də çoxaldı. Tələbə gənclər ən çox bu məhsulu alır. Hər hansı digər təsiredici amildən söhbət gedə bilməz”.

Sahibkar açıqlamasında bildirib ki, ucuzlaşmanın və bahalaşmanın konkret olaraq mövsümü yoxdur. O, həmçinin quşçuluq fabriklərində istehsalın artmasına görə gələn aydan qiymətlərin ucuzlaşacağı ehtimalını da qeyd edib. Mürvət Həsənli deyir ki, adətən yanvar, fevral və mart aylarında yumurta istehsalı daha da artır və qiymətlər düşür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4698
avatar

Mehman Nəbiyev

Oxşar yazılar