TAP-ın baş direktoru: "İranın bu layihəyə qoşulması ilə bağlı təklif irəli sürülməyib"
18 avqust 2015 17:18 (UTC +04:00)

TAP-ın baş direktoru: "İranın bu layihəyə qoşulması ilə bağlı təklif irəli sürülməyib"

İranın Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP)  layihəsinə qoşulması ilə bağlı hər hansı bir müzakirə olmayıb və İrana bununla bağlı təklif irəli sürülməyib.

 

APA-Economics”in Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu TAP-ın baş direktoru Ian Bradshaw deyib. Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan bu layihənin Avropa bazarı üçün strateji əhəmiyyət daşıyır. TAP-ın baş direktoru layihənin bölgəyə yeni təbii qaz ehtiyatlarını irəli sürdüyünü və beləliklə enerji təhlükəsizliyin artırdığını bildirib.

 

“Layihə ilkin mərhələdə “Şahdəniz-2” sahəsindən ildə 10 milyard kubmetr təbii qazı Avropa nəql edəcək, lakin layihənin tutumunun 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Buna görə də, əlavə kompressor modulları və stansiyalar tikiləcək. Bundan başqa, layihənin əks istiqamətdə qaz nəqli imkanı da olacaq. Beləliklə də, təcili ehtiyac və tələbin həddindən çox artması zamanlarında bu imkanlar dəyərləndiriləcək. Xüsusilə də, Cənub-Şərqi Avropa bölgəsində Cənub Qaz Dəhlizi və TAP-dan ən çox yararlanacaq ölkələr yerləşir”, - deyə I.Bradshaw vurğulayıb.

 

Layihənin İtaliyada başa çatacağına, birləşdirici boru xətlərinin İsveçrə, Avstriya, Fransa, Almaniya və Belçikaya, hətta İngiltərəyə qaz nəqlində bir çox fürsət təklif etdiyini vurğulayan I.Bradshaw “Şahdəniz-2” təbii qazının Bolqarıstan və Yunanıstanın ehtiyaclarının ödənilməsində böyük rol oynayacağını əlavə edib. I.Bradshaw İran qazının TAP vasitəsilə Avropaya nəql olunması məsələsinə də toxunub:

 

“TAP yalnız Azərbaycana məxsus qazın Yunanıstan və Albaniyadan keçməklə İtaliyaya nəql olunmasını özündə ehtiva edir. TAP olaraq bölgədəki digər təbii qaz boru xətti layihələri ilə rəqabət mühitində deyilik. İran ilə hər hansı bir əlaqəmiz olmayıb və ya bizim tərəfimizdən İrana layihəyə qoşulmaları ilə bağlı təklif irəli sürülməyib. TAP AB qanunvericiliyi və əlaqədar sanksiyalar çərçivəsində hərəkət etməkdədir. Bu çərçivədə layihə hər zaman özünə strateji dəyər qazandıracaq bütün şirkətlərə açıq olub”, - deyə TAP baş direktoru bildirib. 

# 190
avatar

Oxşar yazılar