(R)Expressbank əmanətçilərini mükafatlandıracaq
21 oktyabr 2014 10:23 (UTC +04:00)

(R)Expressbank əmanətçilərini mükafatlandıracaq

Expressbank əmanət çeşidi sırasını genişləndirərək, müştərilərə “Mükafat” əmanətini təqdim edir. Müştərilər bu əmanət növü üzrə vəsait yerləşdirməklə həm Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanacaqlar, həm də daha çox gəlir əldə edəcəklər.

“Mükafat” əmanəti 1, 2, 3, 4 və 5 illik müddətə yerləşdirilə bilər. Əmanətin illik faiz dərəcəsi müddətdən asılı olmayaraq 9% təşkil edir. Müştərilərinin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Əmanət hesabı açmaq üçün minimum 500 AZN / USD tələb olunur.

Əmanətin xüsusi üstünlüyü ondan ibarətdir ki, müddət və faizlərin ödənilmə növündən asılı olaraq, müştərilər müqavilə müddətinin sonunda Expressbank-dan əmanətin həcminin 15%-dək mükafat ala biləcəklər. Bundan başqa müştərilərə bank kartı da hədiyyə olunur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar