(R) AXA MBASK sığorta şirkəti satıldı
0
0
Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında ve idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli AXA Qrupun Azərbaycandakı törəmə şirkəti olan AXA MBASKın 100% səhmlərini almaq haqqında Qrup ilə razılığa gəlib. Qəribli həmçinin 1992-ci ildən etibarən eyni şirkətin qurucusu ve ilk rəhbəri olaraq sığorta fəaliyyətinə başlayıb.
Bu məlumata əsasən, tərəflər arasında ilkin razılaşma artıq imzalanıb. Əməliyyatın tamamlanması isə müvafiq orqanların razılığı alındıqdan sonra həyata keçiriləcək.
Qəribli məlumatı təsdiq etməklə yanaşı, Azərbaycanda sığorta bazarının inkişafı üçün uyğun biznes mühitinin olduğunu ve iqtisadi qanunvericilikdə həyata keçirilən islahatlar sayəsində yerli investorlar üçün daha da əlverişli şəraitin yarandığına inandığını qeyd edib və bu səbəblə yerli sığorta şirkəti olan AXA MBASKa investisiya etmək qərarına gəldiyini açıqlayıb.
0
0