Uber və Britaniyanın süni intellekt şirkəti “Wayve” yaxın aylarda Londonda robotaksi xidmətini işə salmağa hazırlaşır.
Lent.az xəbər verir ki, şirkət artıq xidmət üçün qeydiyyata başlayıb.
İlk mərhələdə sərnişinlər süni intellekt tərəfindən idarə olunan “Ford Mustang Mach-E” elektromobillərini Uber tətbiqi vasitəsilə sifariş edə biləcəklər.
Mövcud qaydalara əsasən avtomobildə təhlükəsizlik məqsədilə xüsusi təlim keçmiş operator da olacaq.
Layihə Böyük Britaniyada adi vətəndaşların ilk dəfə robotaksi sifariş etməsinə imkan verəcək.
Xidmətin işə düşməsi üçün son təsdiq tənzimləyici qurumların qərarından asılıdır.
“Reuters”in məlumatına görə, Uber icazənin yaxın aylarda veriləcəyini gözləyir.