“Mətanət A” şirkəti Novruz bayramı münasibətilə xeyriyyə tədbiri keçirib. Lent.az-ın məlumatına görə, “Mətanət A” şirkətinin Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Novruz bayramı münasibəti ilə “Hər zaman birlikdəyik” adlı növbəti tədbiri baş tutub. Öncəki layihələrdə Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, müxtəlif əlillik dərəcəsi almış şəxslərlə birlikdə olan “Mətanət A” şirkəti budəfəki tədbirini Bilgəh Qocalar evində yaşayan qocalar və ahıllarla birlikdə qeyd edib.
Novruz bayramı münasibətilə təşkil olunmuş tədbirdə şirkət nümayəndələri, dəvət olunmuş qonaqlar öz çıxışlarında bu gün ölkəmizdə gedən inkişafdan, aztəminatlı ailələrə olan dəstək və qayğıdan söz açıb və “Mətanət A” şirkətinin həyata keçirdiyi bu aksiyanın əsl korporativ vətəndaşlıq borcunun yerinə yetirilməsinə layiqli bir nümunə olduğu vurğulayıblar.
Daha sonra bayram şənliyi musiqi və rəqslərlə davam edib. “Mətanət A” şirkəti fəaliyyəti dövründə hər zaman Korporativ Sosial Məsuliyyət proqramına uyğun olaraq cəmiyyətin aztəminatlı, əlil, şəhid ailələrinə, qocalar və ahıllara yardım etmiş və bundan sonrada bu istiqamətdə həyata keçirdiyi işləri daha da əzmlə davam etdirərək öz korporativ vətəndaşlıq borcunu yerinə yetirməkdən şərəf duyacaq.