Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan zavod ləğv olunub.
Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan "Şüvəlan Balıq Hisləmə Zavodu" ləğv olunub.
Vergilər Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, zavod Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Kooperativ küçəsi 22 ünvanında yerləşir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11A ünvanına bildirə bilərlər.