<b>Səfir:</b> “Azərbaycan diqqətini əlavə yataqların da axtarışına yönəltməlidir”
23 aprel 2014 10:32 (UTC +04:00)

Səfir: “Azərbaycan diqqətini əlavə yataqların da axtarışına yönəltməlidir”

“"Şahdəniz-2" layihəsi müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır. Əksinə, bundan sonra bizi daha böyük işlər gözləyir. Biz bu istiqamətdə Azərbaycanla işləməyimizdən çox şadıq. Bundan sonra Azərbaycan diqqətini Xəzərdə əlavə yataqların da axtarışlarına yönəltməlidir”.

 

Lent.az-ın məlumatına görə, bunu I Beynəlxalq Xəzər Forumunda çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Diplomat bildirib ki, Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq olduqca mühüm məsələlərdən biridir: "Yeni layihələrdə də, yeni yataqların aşkar edilməsində də beynəlxalq tərəfdaşlıq vacib amillərdəndir. Məsələn, BTC layihənin uğurları məhz beynəlxalq tərəfdaşlıqdan irəli gəlib".
Səfir onu da vurğulayıb ki, Azərbaycan enerji məsələlərində 3 meyarı əsas götürməlidir.
"Birincisi, yeni layihələrdə seçilmiş şirkətlər hökumət tərəfindən dəstəklənməlidir. Həmçinin cəlb edilən şirkətlər də öz hökumətlərindən dəstək almalı və Azərbaycana beynəlxalq bazara çıxmaq üçün kömək etməlidirlər. Bundan başqa, yeni layihələrdə texniki məsələlər də yer alır ki, beynəlxalq şirkətlər müasir texnikadan istifadə etmək imkanına malik olmalıdırlar. Üçüncüsü, bu layihələr olduqca bahalıdır. Ona görə də bu məsələdə beynəlxalq tərəfdaşlıq olmalıdır", - deyə R. Morninqstar qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar