[b]Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib[/b]
03 dekabr 2016 10:23 (UTC +04:00)

[b]Neftin qiyməti 2009-cu ilin rekordunu yeniləyib[/b]

0

Dünya birjalarında neftin bahalaşması davam edir.


"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,62 dollar artaraq 51,68 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,52 dollar artaraq 54,46 dollar olub.

 

Brent markalı neftin qiymətində 2009-cu ildən etibarən rekord artım müşahidə olunur. Həftə ərzində Brent markalı neft 12,3%, WTI isə 11,4% bahalaşıb. Nefti bahalaşdıran başlıca amil OPEC-ə üzv olan ölkələrin neftin hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 483

Oxşar yazılar