[b]Dünya Bankı 2016-cı ilin neft proqnozunu artırdı[/b]
27 aprel 2016 01:59 (UTC +04:00)

[b]Dünya Bankı 2016-cı ilin neft proqnozunu artırdı[/b]

Dünya Bankı (DB) 2016-cı il üçün neftin orta illik qiyməti ilə bağlı proqnozunu 1 barelə görə 37 dollardan 41 dollar səviyyəsinə artırıb.   APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  DB-nin məlumatına əsasən, neftin orta qiyməti ilə bağlı proqnoz bazardakı neft bolluğunun mümkün azalması və dolların zəifləməsi ilə əlaqədardır.   

 

“Biz il ərzində enerji daşıyıcıların qiymətlərinin artacağını gözləyirik, çünki bazarlar artıq təkliflər mərhələsindən sonra artıq tarazlığı bərpa ediblər”, - deyə DB-nin baş iqtisadçısı Con Baffetsin məlumatında bildirilir.     

 

“Buna baxmayaraq, OPEK-ə üzv olan və olmayan ölkələr hasilat həcmini xeyli artıracağı təqdirdə enerji daşıyıcıların qiymətləri daha çox aşağı düşəcək”, - deyə ekspert bildirib.  

 

Qeyd edək ki, hazırda müxtəlif təşkilatlar, banklar və hökumətlər neftin orta qiyməti ilə bağlı fərqli  proqnozlar verirlər. Belə ki, Beynəlxalq Valyuta Fondu iki həftə əvvəl, aprelin 12-də  2016-cı il üçün neftin orta qiyməti ilə bağlı proqnozunu 35 dollar səviyyəsinədək azaldıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388
avatar

Oxşar yazılar