![[b]Bakı-Novorossiysk kəməri ilə neft nəqli nə vaxt bərpa olunacaq?[/b]](https://lent.az/storage/news/2019/may/29/big/71515dc1855102f18e9f4f790b75201a.jpg)
[b]Bakı-Novorossiysk kəməri ilə neft nəqli nə vaxt bərpa olunacaq?[/b]
Bu ilin iyulun 1-dən etibarən Bakı-Novorossiysk kəməri ilə neft nəqli bərpa olunacaq. ONA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib.
Onun sözlərinə görə, kəmər üzərində təmir işləri davam etdirilir və bu istiqamət üzrə neftin nəqli iyulun 1-də bərpa olunacaq.
Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.
Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.
Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44