Neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur. APA-nın məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev “TASS” agentliyinə deyib.
“Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”, - deyə Natiq Əliyev bildirib.
“Azərbaycan Dohada digər hasilatçı ölkələrlə razılaşmanı imzalamağa hazırdır”, - deyə nazir qeyd edib.
Neft hasil edən ölkələr arasında imzalanacaq razılaşmanın qaralaması neft hasilatının həcmini bu ilin oktyabrınadək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.
Dohada neftə dair əldə olunacaq razılaşma “centlmen xarakterlidir”, qaralamada nəzarət mexanizmi öz əksini tapmayıb.