![[b]Agentlik rəhbəri: “Məhkəmələr biznes üçün gözlənilməz xərclər yaradırlar”[/b]](https://lent.az/storage/news/2019/may/20/big/02e130b5cd2bce15eb396cdeec748a2d.jpg)
[b]Agentlik rəhbəri: “Məhkəmələr biznes üçün gözlənilməz xərclər yaradırlar”[/b]
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarlar tərəfindən daxil olan şikayətlərin 20%-dən çoxu məhkəmə icraatında olan işlərlə bağlıdır".
ONA-nın xəbərinə görə, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, müraciətlərlə bağlı təhlil aparanda məlum olub ki, mübahisə tərəfləri olaraq daha çox dövlət orqanları və sahibkarlar arasında olan məsələlər önə çıxır: "Belə ki, əmlak və mülkiyyət hüquqları, torpağın icarəsi və istifadəsi, vergi haqları, tikintiyə icazə, tikintinin sökülməsi, maliyyə-hüquq pozulmaları, dövlət orqanlarının qanunsuz müdaxilələri və s. məhkəmələrdə daha çox mübahisə predmeti olaraq çıxış edir. Təəssüflər olsun ki, bəzən Agentliyə daxil olan müraciətlər üzrə məhkəmələr eyni və yaxud oxşar məsələlər barədə fərqli qərarlar verməklə biznes üçün gözlənilməz xərclərin yaranmasına səbəb olur".
O.Məmmədov qeyd edib ki, bir sıra hallarda məhkəmə sistemi və icra mexanizmi biznesin inkişafı üzrə yeni çağırışlara effektiv uyğunlaşmanı tam dəstəkləmir.
Oxşar yazılar

Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40
ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44