[b]"Brent" nefti bir həftədə 2 dollar bahalaşıb[/b]
23 aprel 2016 10:23 (UTC +04:00)

[b]"Brent" nefti bir həftədə 2 dollar bahalaşıb[/b]

Son bir həftədə dünya bazarında neftin qiyməti 2 dollar bahalaşıb. APA TV-nin məlumatına görə, dünən axşam həftənin son seanslarında "Brent" markalı neftin qiyməti 45,13 dollar təşkil edib. Bu, Doha görüşü ərəfəsində qeydə alınan son qiymətdən 2,02 dollar bahadır. Qərbi Texas nefti son bir həftədə "Brent"ə nisbətən daha çox dəyər qazanıb. Ötən həftəni 40,41 dollarla başa vuran WTI nefti bu həftənin son seansında 43,73 dollara satılıb. Bir həftə ərzində 3,32 dollar dəyər qazanan WTI nefti həftənin ən çox bahalaşan yanacaq növü sayılır.

 

Ekspertlər Venesuelanın neft nazirinin Doha görüşü formatında növbəti görüşün gələn ay Moskvada keçiriləcəyi barədə anonsunun bazarlara pozitiv təsir etdiyini bildirir, bu səbəbdən neftin bahalaşma prosesinin gələn həftə də davam edəcəyini proqnozlaşdırırlar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

Oxşar yazılar