[b]“Gömrük yığımlarının məbləğləri” təsdiqləndi [/b]
29 aprel 2016 03:13 (UTC +04:00)

[b]“Gömrük yığımlarının məbləğləri” təsdiqləndi [/b]

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ni təsdiq edib.

 

APA-nın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti Ə”Azərbaycan Respublikasında gömrük fəaliyyətinin növləri üzrə alınan yığımların miqdarları haqqında”  2000-ci il 29 avqust tarixli 151 nömrəli qərarını və “Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarını ləğv edib.

 

Gömrük yığımlarının məbləğləri gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımlarını müəyyən edir. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları, gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına görə gömrük yığımları, malların gömrük nəzarəti altında məhvinə görə gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə gömrük yığımları, bankların və bank olmayan kredit təşkilatlarının Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımları daxildir. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və ya iş yerindən kənarda həyata keçirildikdə, gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları ikiqat məbləğdə alınır.

 

Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi (tranzit xüsusi gömrük proseduru istisna olmaqla) və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərə, həmçinin fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda həmin malların rəsmiləşdirilməsinə və yük (karqo) manifesti vasitəsilə Azərbaycan Respublikasının ərazisində hava gəmilərinin konstruksiyası ilə müəyyən edilmiş tutumlarına doldurulan və heyət üzvlərinin, xidmətedici heyətin, sərnişinlərin istifadəsi və hava gəmisinin istismarı üçün ehtiyatlar hesab olunan malların gömrük rəsmiləşdirilməsinə görə aşağıdakı məbləğdə gömrük yığımları alınır:

 

- gömrük dəyəri 1 000 manata qədər olduqda 10 manat;

 

- gömrük dəyəri 1 001 manatdan 10 000 manata qədər olduqda 50 manat;

 

- gömrük dəyəri 10 001 manatdan 100 000 manata qədər olduqda 100 manat;

 

- gömrük dəyəri 100 001 manatdan yuxarı olduqda isə 275 manat.

 

Azərbaycan gömrük sərhədindən tranzit xüsusi gömrük proseduru altında keçirilən malların gömrük rəsmiləşdirilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.  Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sazişlərin müvafiq müddəaları ilə müəyyən edilmiş məbləğdə gömrük yığımları alınır. Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük borcu yarandığı halda təqdim edilən sadələşdirilmiş bəyannamələrin rəsmiləşdirilməsi üçün 10 manat məbləğində gömrük yığımı alınır. Azərbaycanın  gömrük ərazisinə gətirilən, o cümlədən müvəqqəti gətirilən nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün - 15 manat gömrük yığımları alınır.

 

 

Gömrük Məcəlləsi və Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” ilə gömrük ödənişlərindən azadolma tətbiq edildiyi, elektrik enerjisinin qarşılıqlı ötürülməsi, qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı və qrant müqaviləsi (qərarı) əsasında qrantlar hesabına malların xaricə ixracı və humanitar və texniki yardım məqsədi ilə gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsi zamanı  malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının hesablanması bəyannamənin və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənədin gömrük orqanına təqdim edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçirilir. Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının ödənilməsi bəyannamə və ya gömrük rəsmiləşdirilməsinə əsas verən müvafiq sənəd təsdiq (qəbul) edilənədək və ya təsdiqi (qəbulu) ilə eyni vaxtda həyata keçirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar