“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılması istiqamətində son tamamlanma işləri həyata keçirilir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O bildirib ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin gələn ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Mərkəzin fəaliyyətə başlaması ilə metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkəti aradan qaldırılacaq. Hazırda son dayanacaq məntəqəsi “Azadlıq prospekti” metro stansiyasının çıxışı olan marşrut xətləri yeni mərkəzə yönəldiləcək.
Qeyd edək ki, hazırda Bakıda “Koroğlu”, “28 May” və “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzləri fəaliyyət göstərir. (azertag.az)