Azərbaycana il ərzində 80 mindən artıq minik avtomobilləri və avtonəqliyyat vasitələri idxal olunur.
APA-nın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov bildirib.
O qeyd edib ki, bu gün ölkədə kifayət qədər avtonəqliyyat vasitəsi var və əhalinin hər 10 nəfərinə bir minik avtomobili düşür: «Ona görə də, avtonəqliyyat vasitələrinin ƏDV və gömrük idxal rüsumundan azad olunması gözlənilmir».
Baş İdarə rəisi həmçinin deyib ki, hazırda ancaq avtomobillərə mühərrikin gücünə görə idxal rüsumu tətbiq olunur və bu, ən optimal variantdır: «Digər variantlar vergidən yayınmalara gətirib çıxara bilər».