<font color=red>&#174; </font>DəmirBank yeni bankçılıq biznes modelinə keçir
17 yanvar 2017 12:39 (UTC +04:00)

® DəmirBank yeni bankçılıq biznes modelinə keçir

Bazardakı, xüsusilə bank sektorundakı cari vəziyyət ölkənin kommersiya banklarından yeni yanaşma, biznes modellərini bu situasiyaya uyğunlaşdırmağı tələb edir.

Fəaliyyəti əvvəlki yanaşma ilə davam etməklə bazardakı mövqeyi qorumaq, inkişaf etmək mümkün deyil. Bunu nəzərə alan DəmirBank bu məqsədlə önəmli addımlar atmışdır. Belə ki, DəmirBank bank sektoru üzrə nüfuzlu beynəlxalq konsaltinq şirkətlərindən biri ilə əməkdaşlığı nəticəsində yeni biznes modelə keçid edir. Yeni biznes modelin tətbiqi kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Dəyişiklik daha çevik idarəetmə sisteminin, azpilləli (flat) təşkilati strukturun yaradılmasını nəzərdə tutur. Bundan başqa, bankın digitallaşması müştərilərə bir çox bank əməliyyatlarını filiala getmədən həyata keçirmək imkanını yaradacaq.

Bu səbəbdən müəyyən yeniləşmə və yenidənqurma prosesləri həyata keçiriləcək ki, nəticədə bankın bir sıra filialları müştəri məmnuniyyətinin artırılması məqsədilə rahatlıq baxımından şəhərin daha münasib yerlərinə köçürüləcək. Digər filiallar isə birləşərək tam fərqli konseptli xidmət mərkəzlərinə çevriləcəklər. Bunlardan bəziləri sırf kredit yönümlü filiallar olacaq ki, bankın pərakəndə şəbəkəsinin genişləndirilməsinə, potensial tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasına və daha çevik xidmətin göstərilməsinə töfhə vermiş olacaqdır. Yeni biznes modelin tətbiqi nəticəsində bir neçə yeni xidmət mərkəzinin də açılması nəzərdə tutulmuşdur.

Yeni biznes modelin tətbiqi Dəmirbankın ümumi xidmət şəbəkəsini genişləndirmiş olacaq. Filialların yerləşməsi, yeni xidmət mərkəzlərinin açılmasına paralel olaraq, müştərilərə daha əlçatan olmaq üçün Banka məxsus bankomatlar (ATM), ödəniş terminalları və valyutadəyişmə terminallarının sayı tədricən artırılır.

Bankın strategiyasına əsasən qeyd olunan  yeniləşmə və yenidənqurma prosesi 2017-ci ilin sonunadək yekunlaşacaq.

Qeyd edək ki, DəmirBankın hazırkı və yeni səhmdarları Bankın kapitalını əhəmiyyətli dərəcədə artırmaq haqda qərar qəbul ediblər. Hazırda kapitalın artırılması prosesi gedir və bu proses cari ilin mart ayının sonuna kimi başa çatdırılacaq.

Digital bankçılığı özünün əsas strateji istiqamətlərindən elan edən DəmirBankın yenilikləri yuxarıda qeyd olunanlarla məhdudlaşmır. Bankın yenicə istifadəyə verdiyi websayt bank sektorunda həm funksionallığına, həm də dizaynına görə ən yaxşı saytlardan biri hesab olunur. Fevral ayı ərzində Bank özünün internet bankçılıq səhifəsini və mobil tətbiqetməsini də müştərilərin istifadəsinə verəcəkdir.

Həmçinin DəmirBank 2016-cı ilin sonunda plastik kartların arxa ofisinin proqram təminatını – “Ocean” sistemini istifadəyə vermişdir. “Ocean” sistemi Bankın plastik kartlar üzrə göstərilən xidmətlərin keyfiyyətini yüksəltməklə yanaşı, yeni, daha funksional və çevik kart məhsullarını yaratmağa imkan verəcəkdir. Bu istiqamətdə DəmirBank artıq növbəti aylarda özünün yeni kart brendi altında məhsullar paketini ictimaiyyətə təqdim edəcəkdir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

 http://www.demirbank.az

www.facebook.com/demirbank.az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

APA Baycan

Oxşar yazılar