Daim müştəri mənmuniyyətini diqqət mərkəzində saxlayaraq daha keyfiyyətli və rahat xidmət göstərməyə çalışan DəmirBank bütün filiallarında fasiləsiz iş rejimini tətbiq etmişdir. Belə ki, Bank-ın istənilən filialı saat 09:00-dan 18:00-dək nahar fasiləsi olmadan faəliyyət göstərərək geniş çeşiddə məhsul və xidmətləri müştərilərin istifadəsinə verir.
Bundan əlavə Nizami küçəsi 111-də yerləşən DəmirBank-ın “Mərkəz” filialı həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) fəaliyyət göstərir.
Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank gələcəkdə də fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.
Bankla əlaqə saxlamaq üçün:
Məlumat Mərkəzi : (012) 149