<font color=red>&#174; </font>  VF AzərKredit İnsan Resurslarının İnkişafı üzrə mükafata layiq görüldü
11 fevral 2015 10:38 (UTC +04:00)

® VF AzərKredit İnsan Resurslarının İnkişafı üzrə mükafata layiq görüldü

 
 
VF AzərKredit yerli əmək bazarından ixtisaslı kadrların şəffaf seçim prosesi ilə işə cəlb edilməsi, onların peşəkar inkişafı üçün formalaşmış uzunmüddətli daxili təcrübə, VF AzərKredit Akademiyası və beynəlxalq qabaqcıl təcrübənin öyrənilməsi vasitəsilə əlverişli iş mühitinin təmin edilməsi, rəqabət qabiliyyətli mükafatlandırma sisteminin yaradılması, yüksək korporativ mədəniyyətin bir hissəsi olaraq işçi və müştəri məmnuniyyətinin daima izlənməsi, işçilərin təşkilatın missiya və məqsədlərinə sadiqliyinə nail olmaq və onları strateji hədəflərin müəyyən olunması prosesinə cəlb etmək məqsədilə müvafiq proses və sistemlərin formalaşdırılması istiqamətində mümkün bütün alət və imkanlardan istifadə edir ki, nəticədə əldə edilən nailiyyətlər həm daxildə mehriban komanda üzvləri tərəfindən, həm də kənardan yüksək qiymətləndirilir. 
 
AMFA tərəfindən təqdim edilmiş bu mükafatda təşkilatın artıq sayı 800-i ötmüş və Azərbaycanın müxtəlif rayon və şəhərlərində müştərilərə yüksək keyfiyyətli xidmət təqdim etmək üçün əzmlə çalışan əməkdaşlarının hər birinin öz töhfəsi vardır. Təşkilatın qarşıya qoyduğu hədəflərə çatması  naminə çalışan bütün həmkarların öz zəhmətlərinin bəhrəsini birlikdə inkişafda görməsi VF AzərKredit üçün daha böyük uğurlar vəd edir. 
 
BOKT “VijnFond AzərKredit” MMC 1996-cı ildə insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsi məqsədi ilə yaradılmışdır. Təşkilat 2003-cü ildə Azərbaycan Mərkəzi Bankından bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərmək üçün müvafiq lisenziya almışdır. Hal-hazırda VF AzərKredit ölkə ərazisində 46 ofisi vasitəsilə 80 mindən çox insana xidmət göstərir.  www.azercredit.az
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar