
® “Nar” Azərbaycana səfər edən qonaqlar üçün “Xoş gəldin” paketini təqdim edir
“Nar” xaricə səfər etməyə hazırlaşan abunəçilərinə sərfəli rominq kampaniyaları təqdim etməklə yanaşı, həm də Azərbaycana gələn çoxsaylı turistlər üçün əlverişli fürsətlər təklif edir. Qiyməti cəmi 14 AZN təşkil edən “Xoş gəldin” paketi alındığı andan etibarən, istifadəçiyə beynəlxalq zənglər üçün 20 dəqiqə və 7 GB internet trafiki təqdim olunur. Paketdaxili internet üçün hesablama intervalı 40 KB, zənglər üçün hesablama intervalı isə 60 saniyə təşkil edir.
İstifadə müddəti 30 gün olan “Xoş gəldin” paketini alaraq sərfəli qiymətə danışmaq, mobil internetdən bol-bol istifadə etmək və təəsüratlarını bölüşmək mümkündür. Dəqiqələr və internetin qalığını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq, I yazıb 777 qısa nömrəsinə göndərmək və ya “şəxsi kabinet” xidmətindən istifadə etmək kifayətdir.
“Nar” tarif, kampaniya, məhsul və xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. 2,3 milyon istifadəçisi olan “Nar” hazırda ölkə ərazisinin 99%-ni əhatə edən və 6000-dən artıq baza stansiyasından ibarət olan geniş şəbəkəsi ilə abunəçilərinə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar yazılar

Unibank müəllimlər üçün 0 % komissiyalı kredit kampaniyası keçirir
1 sentyabr 2025 , 16:50
“Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb
1 sentyabr 2025 , 16:36
MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı!
1 sentyabr 2025 , 12:00
Mikayıl Cabbarova yeni müşavir təyin edildi
29 avqust 2025 , 21:48
Kapital Bankdan YENİLİK: zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz
29 avqust 2025 , 15:50
Unibank və Enabling Qapital Luxembourg SA arasında 10 milyon dollarlıq kredit müqaviləsi imzalanıb
29 avqust 2025 , 12:23
ABB Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinə tərəfdaşlıq dəstəyi verir
29 avqust 2025 , 10:35