“Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb
01 sentyabr 2025 16:36 (UTC +04:00)

“Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb

“Azərsun Holdinq” ABŞ-ın nüfuzlu Brandon Hall Group tərəfindən təşkil olunan “Human Capital Management Excellence Awards 2025” müsabiqəsində qalib olub. Bu qalibiyyət holdinqin öyrənmə və inkişaf sahəsindəki qabaqcıl fəaliyyətini beynəlxalq səviyyədə bir daha təsdiqlədi.

Şirkətin Pərakəndə İnkişaf Mərkəzi layihəsi “Öyrənmə və İnkişaf” istiqamətində “Ən Yaxşı Özəl Məzmun” kateqoriyasında bürünc mükafata layiq görülüb. Bu mükafat, “Azərsun Holdinq”in əməkdaşlarının peşəkar bilik və bacarıqlarının inkişafına verdiyi önəmin, eləcə də şirkətin innovativ təlim proqramlarının uğurlu icrasının göstəricisidir.

“Azərsun Holdinq” bundan sonra da insan kapitalının inkişafına yönəlik strategiyalarını genişləndirməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236

Oxşar yazılar