10 bankın qorunan əmanətçilərinə 273 milyon manat kompensasiya verilib
12 oktyabr 2016 09:12 (UTC +04:00)

10 bankın qorunan əmanətçilərinə 273 milyon manat kompensasiya verilib

Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən 11 oktyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 mln. 802 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 50 mln. 853 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  17 mln. 184 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 836 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 103 mln. 677 min manatdan artıq kompensasiya ödənilib.

 

Fonddan “APA-Economics”ə verilən məlumata görə, 11 oktyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 13 mln. 830 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 816 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 15 mln. 646 min manatdan artıq kompensasiya ödənilib.

 

11 oktyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 955 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  mln. 974 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 mln. 21 min manatdan artıq kompensasiya ödənilib.

 

11 sentyabr 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” KB-nin əmanətçilərinə kompensasiya ödənişinə başlayıb və qorunan əmanətçilərinə 8 mln. 230 min  manat artıq kompensasiya ödənilib.

 

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 272 mln. 577 min manatdan artıq kompensasiya ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

APA Baycan

Oxşar yazılar