10 bank üzrə 718 milyon manata yaxın kompensasiya verilib
14 dekabr 2016 09:24 (UTC +04:00)

10 bank üzrə 718 milyon manata yaxın kompensasiya verilib

0

Əmanətlərin Sığortalanması Fondu tərəfindən dekabrın 13-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 907 min manat (ümumi kompensasiya öhdəliyinin 98 %-i ), “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 382 min manat (ümumi kompensasiya öhdəliyinin 72%-i), “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 764 min manat (ümumi kompensasiya öhdəliyinin 98%-i) və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan (ümumi kompensasiya öhdəliyinin 96 %-dən artıq) artıq kompensasiya ödənilib.

 

Fonddan Lent.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 126 milyon 074 min  manatdan  artıq  kompensasiya verilib.

“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 261 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 943 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 204 min manatdan artıq kompensasiya verilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 050 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 145 milyon 173  min manatdan artıq kompensasiya verilib. "Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  430  milyon  372  min  manatdan artıq  kompensasiya  ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 97%-i əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 717 milyon 823 min manatdan artıq kompensasiya verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 456

Oxşar yazılar