Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı
24 yanvar 2024 15:15 (UTC +04:00)

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən Bakcell Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. 24 yanvar  tarixindən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən Bakcell mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir.

Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan Bakcell şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib: “Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla Bakcell şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir.”

Qeyd edək ki, Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə Bakcell şəbəkəsi abunəçilərə təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3510
avatar

Oxşar yazılar