WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov
05 may 2026 11:00 (UTC +04:00)

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov

WUF13 zamanı nəqliyyat xidmətinin təşkili üzrə detallar açıqlandı

0

WUF13 zamanı nəqliyyat üçün əsas istiqamətlərindən biri Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər mərkəzində yerləşən nəqliyyat mübadilə mərkəzlərinə birbaşa daşımaların həyata keçirilməsidir.

Bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

V.Aslanov bildirib ki, bu daşımalar 24 saat fasiləsiz rejimdə təşkil olunacaq və müvafiq cədvəllər əvvəlcədən iştirakçılar və ictimaiyyətlə paylaşılacaq:

“İkinci istiqamət – hava limanından birbaşa tədbir məkanına daşımaların həyata keçirilməsidir.

Üçüncü istiqamət – şəhər daxilində yerləşən nəqliyyat mübadilə mərkəzlərindən tədbir məkanına birbaşa daşımaların təşkilidir. Bu mərkəzlər əsasən otellərə yaxın ərazilərdə seçilmişdir. Otellərə yaxın olmayan ərazilərdə isə əlavə dayanacaqlar müəyyən edilərək insanların rahat və fasiləsiz şəkildə daşınması təmin olunacaqdır.

Dördüncü istiqamət isə ictimai nəqliyyatın bu sistemə inteqrasiyasıdır. Belə ki, Koroğlu metro stansiyası yaxınlığında yerləşən mərkəzdən 24 saat fasiləsiz xüsusi marşrut fəaliyyət göstərəcək və ictimai nəqliyyatdan istifadə edən sərnişinlər birbaşa tədbir məkanına çatdırılacaq.

Tədbirlə bağlı:
– 9 şəhər nəqliyyat mübadilə mərkəzi müəyyən edilib
– 2 şəhərdaxili müntəzəm avtobus xətti istifadə olunacaq
– ümumilikdə 67 şəhərdaxili dayanacaq cəlb ediləcək
– hava limanı üzrə isə 6 müntəzəm avtobus xətti fəaliyyət göstərəcək”.

“9 nəqliyyat mübadilə mərkəzi və 2 müntəzəm avtobus xətti vasitəsilə iştirakçıların daşınması təmin ediləcək. Həmin nəqliyyat mübadilə mərkəzləri bunlardır:
Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Səbriz və Koroğlu”, - deyə o əlavə edib./“APA-Economics”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 104

Oxşar yazılar