Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.
Lent.az xəbər verir ki, dekabrın 7-də Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib.
Nazir Fərid Qayıbovun sədrliyi ilə təşkil olunan iclasda səsvermə nəticəsində Quba 2024-cü il, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçilib
Kollegiyada, həmçinin 2025-ci il üçün “Gənclər Paytaxtı” da bilinib.
Namizəd şəhərlərin təqdimatından sonra Sumqayıt şəhəri 2025-ci il üçün “Gənclər Paytaxtı” seçilib.