Trampdan gözlənilməz fərman - "Doğum turizmi" qadağan dildi
07 avqust 2026 02:08 (UTC +04:00)

Trampdan gözlənilməz fərman - "Doğum turizmi" qadağan dildi

0

ABŞ Prezidenti Donald Tramp ölkədə "doğum turizmi" adlanan praktikanı qadağan edən fərman imzalayıb.

Lent.az xəbər verir ki, bu praktika xarici vətəndaşların ABŞ-a gələrək burada uşaq dünyaya gətirməsi və həmin uşağın ABŞ vətəndaşlığı əldə etməsini nəzərdə tutur.

Sənədin imzalanması zamanı Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bildirib ki, fərman doğum hüququ əsasında vətəndaşlıq ala bilməyəcək şəxslərin dairəsini genişləndirir.

Onun sözlərinə görə, bu siyahıya ABŞ-a düşmən münasibət bəsləyən xarici vətəndaşlar, xarici terror təşkilatlarının üzvləri, həmçinin xarici hökumətlərin maraqlarını təmsil edən və onların adından fəaliyyət göstərən şəxslər daxildir.

Miller qeyd edib ki, qəbul edilən qərar əsassız şəkildə doğum hüququ ilə ABŞ vətəndaşlığı əldə edə biləcək çoxsaylı şəxslərin bu imkandan məhrum olmasını təmin edəcək.

O əlavə edib ki, ABŞ tarixində ilk dəfə olaraq "doğum turizmi" rəsmi şəkildə qadağan edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar