Donuz zənn edib atəş açdı, atasını öldürdü
07 avqust 2026 03:06 (UTC +04:00)

Donuz zənn edib atəş açdı, atasını öldürdü

0

Türkiyənin Aydın vilayətində əncir bağını vəhşi donuzlardan qoruyan 37 yaşlı şəxs qaranlıqda eşitdiyi səsi donuz zənn edərək ov tüfəngi ilə atəş açıb.

Lent.az xəbər verir ki, hadisə nəticəsində güllə bağa qayıdan 70 yaşlı atasına dəyib.

Xəstəxanaya çatdırılan ata həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Hadisəni törədən oğul saxlanılıb, faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar