"Səyyar qəbul otağı" mavi yanacaqdan sonuncu dəfə 1990-cı ildə istifadə edən Şəkinin Əliyar kəndində qurulub.
Lent.az xəbər verir ki, tədbiri çıxış sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra aksiyaya qatılan 30-a yaxın sakinin müraciətləri dinlənilib.
Adıçəkilən kəndin qaz təchizatı olmadığından səslənən istək və xahişlərin bir məqsədi Əliyar kəndinin qış aylarına kimi qazlaşdırılmasından ibarət olub. Məsələ ilə bağlı kənd sakinlərinə Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən ətraflı məlumat verilərək bildirilib ki, ölkədə qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə aparılır.