Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək
18 iyun 2023 16:24 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Tovuz rayonunda keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az-ın xəbərinə görə, SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq.

Aksiya  Şəhər Parkında baş tutacaq. “Səyyar qəbul otağı” iyunun 21-də saat 10:00-dan 11:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar