Sahibkarlarla ilin ilk görüşü Şəkidə baş tutdu 
10 yanvar 2024 17:47 (UTC +04:00)

Sahibkarlarla ilin ilk görüşü Şəkidə baş tutdu 

0

Şəki şəhərində keçirilən "Açıq mikrofon" aksiyasına əsasən Bolludərə kəndinin kiçik sahibkarları təşrif buyurub.

Lent.az xəbər verir ki, ənənəyə uyğun olaraq "Səyyar qəbul otağı"nı giriş sözü ilə Zaqatala RQİİ-nin rəisi açıq elan etdikdən sonra KOBİA nümayəndəsi məsləhət və tövsiyələrini sahibkarların diqqətinə çatdırıb.

Daha sonra mikrofon önünə sahibkarlar çıxıblar. Səslənən 8 müraciətdən 6-sı eyniyönümlü olub ki, bu da Bolludərə kəndinin kiçik sahibkarlarının mavi yanacaqla təmin olunma istəyini əhatə edib. Görüşdə ünvanlanan bütün müraciətlər Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3535

Oxşar yazılar