Sabah Bakının bu rayonunda  qaz olmayacaq
24 aprel 2024 18:39 (UTC +04:00)

Sabah Bakının bu rayonunda qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Lent.az-a bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi kəndi və Gülüstan yaşayış massivini təbii qazla təmin edən qaz xəttinin əsaslı təmir olunmuş hissəsinin mövcud qaz xəttinə qoşulması ilə əlaqədar aprelin 25-də saat 10:00-dan etibarən “Binəqədi(Novxanı QRS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun bir hissəsinin (Binəqədi kəndi, 1, 2, 3-cü Mədən ərazisi, Gülüstan yaşayış massivinin 1-14-cü dalanları) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2454
avatar

Oxşar yazılar