“Azəriqaz” İstehsalat Birliyinin məsul şəxslərinin “Facebook” səhifəsi üzərindən avqust ayının 10-da saat 15:00-da canlı yayımı planlaşdırılır.
Lent.az xəbər verir ki, canlı yayım zamanı Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Yeni qazlaşma şöbəsinin rəis müavini İlham Mehbalıyev sizin müraciətlərinizi cavablandıracaqlar.