Sabah Azərbaycandan Ermənistana növbəti neft məhsulları göndəriləcək
07 yanvar 2026 18:58 (UTC +04:00)

Sabah Azərbaycandan Ermənistana növbəti neft məhsulları göndəriləcək

1

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

Lent.az APA-ya istinadla xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3714

Oxşar yazılar