“Rənglə, sevinc yarat” master-klası, “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” təlimi keçiriləcək
16 dekabr 2025 17:15 (UTC +04:00)

“Rənglə, sevinc yarat” master-klası, “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” təlimi keçiriləcək

0

Dekabrın 20-si saat 12:00-da Bakı Psixologiya Mərkəzində uşaqlar üçün “Rənglə, sevinc yarat” master-klası, valideynlər üçün “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” mövzusunda təlim təşkil olunacaq.

“Rənglə, sevinc yarat” master-klasında iştirak edən 5-10 yaşlı uşaqlar eko çanta üzərində Yeni il ab-havası yaradacaqlar. Master-klasın psixoloqun müşayiəti ilə keçirilməsi valideynlərin uşaqlarının diqqət və emosional ifadəsi, kreativ yanaşmasını daha yaxşı anlamaları üçün unikal fürsət olacaq.

Paralel şəkildə “5-10 yaşlı uşaqlarda sosial inkişaf və özünəinam” mövzusunda keçirilən təlimdə valideynlər övladlarının daxili dünyasını kəşf edəcəklər.

Təlimçilər rəssam Həlimə Ələsgərova, psixoloq Aygül Abbasova və uzman psixoloq Arzu Hüseynzadədir.

Qeydiyyat üçün Bakı Psixologiya Mərkəzinə müraciət edin.

Əlaqə: +994 10 234 18 23 (WhatsApp

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar