Qışa hazırlıq işləri yekunlaşır -VİDEO
11 noyabr 2022 21:41 (UTC +04:00)

Qışa hazırlıq işləri yekunlaşır -VİDEO

“Bu qış abonentlər ötən illərlə müqayisədə daha rahat və təhlükəsiz şəkildə təbii qazla təmin olunacaq”. 

Lent.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı”

aksiyasında deyib. 
Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər nəzərə alınsa, bunu tam əminliklə demək olar. Qurum rəsmisi bildirib ki, bu gün qaz xətlərində kipliyin yoxlanması ilə bağlı ciddi işlər aparılıb: SOCAR “Azəriqaz” İB-nin bütün daşıyıcı xətləri yoxlanılıb. Kipliklə bağlı problemlər yaranan boru xətlərində təmir işləri həyata keçirilib. İstismarda olan və müəyyən problemlər yaradan qaz xətlərinin təmiri və dəyişdirilməsi ilə bağlı bu il 60 min paqon metrə yaxın qaz xəttinin çəkilişini yerinə yetirmişik və kipliklə bağlı ortaya çıxan problemlər tam aradan qaldırılıb”, - deyə şöbə rəisi qeyd edib.

Birliyin Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov qış aylarına hazırlıqla bağlı işlərin yekunlaşmaq üzrə olduğunu qeyd edib. Onun sözlərinə görə, Bakıda qaz təchizatı ilə bağlı hər hansı problem yoxdur. “Havalar soyumağa başlayanda abonentlərdən daxil olan şikayətlərin sayında artım müşahidə olundu. Qazın təzyiqi ilə bağlı 1 həftə ərzində 1744 şikayət daxil olmuşdu ki, onların həlli üçün müvafiq işlər görüldü və problemlər aradan qaldırıldı. Artıq şikayətlərin sayında ciddi azalma var. Gündəlik 100-150 arası müraciət daxil olur”, - Birlik rəsmisi vurğulayıb.
 

# 1629
avatar

Fidan İlqar

Oxşar yazılar