Qaz sayğacının gözünə məftil UZATDILAR
28 fevral 2023 12:25 (UTC +04:00)

Qaz sayğacının gözünə məftil UZATDILAR

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Adilxan Acalova məxsus fərdi yaşayış evinin qaz təchizatında kadrlardan da aydın göründüyü kimi heç bir problem yaşanmır.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, əksinə adıçəkilən abonentin sayğaca qanunsuz müdaxiləsi SOCAR “Azəriqaz” İB-nin işçi qrupunun işini bir qədər də artırmış olub.

Fərdi yaşayış evində qazın təzyiqi normaldır və istilik sistemləri lazımi səviyyədə çalışır. Ancaq sayğac qazın sərfiyyatını qeydə almır. Qanunsuz müdaxiləyə məruz qalan sayğac yenisi ilə əvəz olunaraq laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə göndərilib. Metrologiya Departamentində abonentin nümayəndəsinin iştirakı ilə ilk olaraq sayğaca vizual baxış keçirilib.

Daha sonra kamera vasitəsilə sayğacın daxili yoxlanılıb. Nəticədə müdaxilə faktı təsdiqlənərək abonentin nümayəndəsinin razılığı ilə aktlaşdırılıb. Bir daha SOCAR “Azəriqaz” İB olaraq abonentləri qaz təchizatına kənar müdaxilə hallarından uzaq durmağa çağırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1950
avatar

Fidan İlqar

Oxşar yazılar