“OBA” ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalandı
13 iyul 2023 14:36 (UTC +04:00)

“OBA” ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadov və “OBA Market” MMC-nin İdarə Heyətinin sədri Natəvan İbrahimova imzalayıb.

Azərbaycanın dörd bir yanında yaxın və qənaətli qonşu konsepsiyası ilə fəaliyyət göstərən, hər kəsə əlçatan olan “OBA” marketlər şəbəkəsi sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasına xüsusi diqqət ayırır.

“OBA” həmçinin “Qadının gücü” sosial layihəsi çərçivəsində qadınların karyera həyatını dəstəkləməyi hədəfləyir. Belə ki, şirkət hər il yeni iş yerləri açaraq yüzlərlə qadının işlə təmin olunmasında müstəsna rol oynayır. Bundan başqa, qadınlar üçün müxtəlif təlim və seminarların keçirilməsi planlaşdırılır.

Razılaşmaya əsasən, iki qurum arasında qarşılıqlı maraq kəsb edən layihələr, eləcə də Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibə veteranlarının məşğulluğuna dəstək vermək məqsədilə korporativ sosial məsuliyyət layihələri həyata keçiriləcək.

Qeyd edək ki, ötən il “OBA Market” MMC Məşğulluq Agentliyi tərəfindən “Müharibə iştirakçılarının məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş” nominasiyası üzrə mükafata layiq görülüb.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) əhalinin həssas qrupları və qadınların işlə təmin edilməsi istiqamətində layihələrə xüsusi önəm verir. Şirkətlər Qrupu BMT-nin gender bərabərliyini və qadınların iş yerində, əmək bazarında və cəmiyyətdə səlahiyyətləndirilməsini təşviq edən Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə (QSGP) qoşularaq bu sahədə dəstəyini bəyan etmişdir.

Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.

# 1350
avatar

Oxşar yazılar