III Karlın tacqoyma mərasiminə  125 milyon dollar   xərclənəcək
05 may 2023 18:06 (UTC +04:00)

III Karlın tacqoyma mərasiminə 125 milyon dollar xərclənəcək

Böyük Britaniyanın yeni kralı III Karlın tacqoyma mərasiminin təşkilinə 100 milyon funt sterlinq (125 milyon dollar) sərf ediləcək. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mərhum kraliça II Yelizavetanın 1953-cü ildə keçirilmiş tacqoyma mərasimi dövlət büdcəsinə 50 milyon funt sterlinqə başa gəlmişdi. Ondan öncəki kral VI Georq üçün təşkil edilən mərasimə isə1937-ci ildə 24,8 milyon funt sterlinq tələb olunmuşdu.

Xatırladaq ki, III Karlın tacqoyma mərasimi mayın 6-da baş tutacaq. Mərasimə 2 min nəfər VIP qonaq dəvət olunub. Bayram təntənəsi 3 gün davam edəcək. Tədbirdə dünyanın ən məşhur ulduzları konsert proqramı ilə çıxış edəcəklər.

Kral tədbirin rəsmi hissəsinin 1 saat çəkməsini və daha sadə təşkil edilməsini istəyib. 

Qeyd edək ki, kraliça II Yelizaveta 2022-ci il sentyabrın 8-də vəfat edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar