“Facebook”da  saxta dələduzluq səhifələri   yaradılır
27 dekabr 2023 18:55 (UTC +04:00)

“Facebook”da saxta dələduzluq səhifələri yaradılır

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

Lent.az-ın xəbərinə görə, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilir ki, dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar.

“Paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir. Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir”, - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333
avatar

Oxşar yazılar