Zamanında istifadə edilmiş və ya hələ istifadə edilməkdə olan ölkə pul vahidlərinin nə anlama gəldiyini heç maraqlandınızmı? Lent.az bəzi pul vahidlərin mənşələrini və mənalarını təqdim edir:
1. Austral – Argentina
Köhnə Argentina pul vahidi olan Austral, adını Latıncadan “australis” (cənuba aid) sözündən alır. Argentinanın indiki pul vahidinin adı – Peso.
2. Baht – Tailand
Əslində Baht, ənənəvi ağırlıq vahidini ifadə edir (1 Baht = 15,16 q) və günümüz Tailand ticarətində qızıl ağırlığı ölçüsüdür.
3. Balboa – Panama
Balboa, adını Panamanın qərb sahillərini ilk kəşf edən avropalı Vasco Nunez de Balbaodan almışdır.
4. Sedi – Qana
Sedi (GHC) 1965-ci ildən bəri Qananın pul vahididir. Sedi (Kaur / dəniz qabığı) sözündən törəmiş olub tarixi, sahil mənşəlilərin istifadə etdiyi sikkə əvvəli Kaur puluna dayanır.
5. Kolon – Kosta Rika, El Salvador
Kolon 1897-ci ildə Kosta Rikada istifadə edilməyə başlanmış, daha sonra da Pesonun yerini almışdır. Kolon Kristofer Kolumbun soyadının İspancasıdır. (ital. Cristoforo Colombo, ispan. Cristóbal Colón, port. Cristovão Colombo).
6. Dinar – Əlcəzair, Bəhreyn, İraq, Serbiya, İordaniya, Küveyt, Liviya, Tunis
Dinar (lat. Denarius) M.Ö. 211-den 3-cü əsrə qədər Romadakı gümüş sikkədir. Orta Çağda Dinar finikya ilə eyni mənada istifadə edilmişdir. Bu da 1971-ci ilə qədər Böyük Britaniyada köhnə Finikya qısaltmasından istifadə edilən “d” hərfini açıqlayır. Dinar adı Latınca “deni”-dən (hər ondan) törəmişdir.
7. Dollar – Avstraliya, Honq Konq, Kanada, ABŞ, Liberiya, Namibiya, Yeni Zelandiya, Şərq Karib Pul Birliyi, Zimbabve, Sinqapur, Tayvan
Dollar sözü İngilis tacirlərin Şimali Almaniya ilə olan dəniz ticarətində istifadə etdikləri “Taler”dən törəmişdir (Şimali Alman təlaffüzünə görə Taler, “dölleri” ya da “Daller” dir). Dollar sözü böyük gümüş pulu anlamına gəlir. 16-cı əsr xalq dilində İngiliscə Krona Dollar deyilmişdir.
8. Donq – Vyetnam
Adını Vyetnam dilindəki 18-ci və 19-cu əsrlərdəki puldan, “Thong Bun” dan, alır. “Thong Bun” isə çox çox pul ya da tədavüldəki pul anlamına gəlir.
9. Avro – Andorra, Belçika, Almaniya, Finlandiya, Fransa, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Hollandiya, İspaniya, Vatikan
Eku (Avropa Pul Vahidi = Avropa Pul Birliyi), hesaba keçmə vahidi olaraq Avronun öncüsüdür. 16 dekabr 1995-ci ildə Madriddə Avropa Zirvəsi, Avropa pul vahidi adını Avro olaraq təyin etmişdir. Bu tarixdən əvvəl Avropa frankı, Avropa kronası, Avropa Quldeni kimi fərqli adlar də qarşıya qoyulmuşdur. Hazırda məşhur bir pul dəyəri adının istifadə davamlılıq siqnalı verilmiş və xalqın yeni pul dəyərinə olan etibarı möhkəmləndirilmişdir. Alman Maliyyə Naziri Theodor Waigel tərəfindən bu ad təklif olunmuşdur.
10. Frank – İsveçrə, Lixtenşteyn, Burundi, CFA-frankı, Cibuti, Qvineya, Komor, Konqo
Fransa və digər fransızdilli ölkələrdə sikkə və pul Frank ilə ifadə edilir. Adı, Roma İmperatorluğunun yıxılmasında böyük rol oynamış bir Cermen boyu olan Franklardan gəlir. Euro tədavülə girənə qədər Frank Belçika, Lüksemburq və Fransanın rəsmi pul vahidi olmuşdur.
11. Qulden – Niderland, Surinam
Əvvəllər çox ölkədə istifadə olunan pul vahididir. Golden / goldener (qızıl) sözlərindən törəmişdir. Adından da aydın olduğu kimi əsasən qızıldandır, lakin daha sonraları gümüşdən hazırlanmışdır.
12. Hryvnya / Qrivna – Ukrayna
Hryvnya (гривня), at saçı demək olub, təxminən dəyərinin bir ata əvəz olduğu deyilməkdədir. Fərqli heyvanların kürklerine əvəz olan daha kiçik pul vahidləri də istifadə edilmişdir. Nogata (ayı ya da qurd), Kuna (Su samuru və ya samur), Wekscha (sincab). 1 Hryvnya = 20 Nogata = 25 Kuna = 100 Wekscha etməkdədir.
13. Kina – Papua Yeni Qvineya
Kina adı, Papua Yeni Qvineyanın yüksək seqmentlərində ənənəvi ödəniş vasitəsi olaraq istifadə olunan kina midyələrindən törəmişdir.
14. Kron – Danimarka, Estoniya, İslandiya, Lixtenşteyn, Norveç, İsveç, Slovakiya, Çex Respublikası
Hakimiyyət simvolu olaraq çap edilmiş pula Kron deyilmişdir. Kron sözü latıncada tac mənasını verən “corona” sözündən gəlməkdədir.
15. Kuna – Xorvatiya
Kuna, Xorvat dələsi mənasını verir. Bunun səbəbi də Orta Çağda Xorvat şəhərlərində, Sloveniya və sahil ölkələrdə ticarət və hesab işlərində dələ kürkündən istifadə edilməsidir. Dələ şəkilləri 13-cü əsrin əvvəllərindən 14-cü əsrin sonlarına qədər zamanın Banoviçi sikkələrini də bəzəmişdir.
16. Ley – Moldova, Rumıniya
Ley, Moldova və Rumın dillərində “aslan” mənasını verir.
17. Lira – Malta, Türkiyə, İtaliya, Livan, Vatikan
Lira sözü latınca Tərəzi (Pound) sözündən törəmişdir. Tərəzi, ağırlıq vahidi (327,45 qram) olan Roma Poundunun adıdır. Digər tərəfdən Pound sözü də latınca pondus (ağırlıq) sözündən törəmişdir. Eyni zamanda qiymətli metalların qiymətləndirilməsində ağırlıq vahidi olaraq istifadə edilmiş və beləcə də pul vahidi halına çevrilmişdir.
18. Manat – Azərbaycan, Türkmənistan
Manat sözü sikkə mənasını verir. Latınca moneta (Monet) sözündən irəli gəlməkdədir.
19. Mark – Bosniya və Herseqovina, (əvvəllər) Almaniya, Finlandiya
Orta Çağda Mark, “bir işarə ilə müəyyən olunmuş gümüş külçəsi” ikən, 9-cu əsrdən etibarən köhnə poundun yerini alan ağırlıq vahidi (təxminən yarım funt) olmuşdur.
20. Peso – Argentina, Çili, Dominikan, Filippin, Kolumbiya, Kuba, Meksika, Uruqvay
Peso, İspanca ağırlıq sözündən törəmişdir. Peso sözü “Peso de a ocho” nun qısaldılmış formasıdır. Bu da Riyalla tamamlanan 8 ağırlıq vahidi, yəni 8 Riyal ağırlığından parça mənasını verməkdədir.
21. Peni – İngiltərə / fenik – (əvvəllər) Almaniya (xırda pul vahidi)
Orta Çağın başlarından bu yana Qərbi Avropada yayılan fenik, penny adı Latınca “Panna” (açar) sözündən törəmişdir.
22. Funt (Pound) – Misir, Birləşmiş Krallıq, Livan, Sudan, Suriya
Pound latınca “ibra” dan törəmişdir. Sterlinq adı isə eyni adlı köhnə 1,555 qramlıq (1/240 Pound) İngilis gümüş sikkəsindən gəlir. Adını ya “EASTERLING” dən (Şimali Almaniyadakı Hansa şəhəri Ostling) aldığı, orada hazırlanan sikkələrdən, ya da “star / Starling” dən törəmiş olduğu irəli sürülməkdədir. Bu ikinci səbəbin daha real görünməsi Orta Çağ İngilis sikkəsinin ulduzla bəzənmiş olmasıdır.
23. Real – Braziliya, İran, Yəmən, Qətər, Oman, Səudiyyə Ərəbistanı
Latıncada “krala xas” mənasını verən sözdən törəmişdir. Braziliyada dövriyyədə olan eyni adlı pul vahidi isə “həqiqətən” sözüylə eyni məna verir. Ərəb ölkələrində Real əsasən (Avropa) böyük gümüş pulları (Taler, Peso) deməkdir.
24. Rubl – Rusiya, Tacikistan, Belarus
Təxminən rubl sözü gümüş külçələrin parçalara bölünməsianlamını verir.
25. Rupi – Hindistan, Nepal, Pakistan, Seyşel adaları, Şri Lanka
Rupi Sanskrit mənşəlidir və işlənmiş gümüş mənasını verir. Rupiyə Hindistanda, Taka, Rubai və Rupa kimi fərqli adlar da verilmişdir.