Bu ölkədə  milyarderlərin sayı   kəskin azaldı
12 noyabr 2023 10:37 (UTC +04:00)

Bu ölkədə milyarderlərin sayı kəskin azaldı

Bu gün Ukraynada cəmi iki dollar milyarder qalıb, halbuki bir il əvvəl doqquz idi. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə “New Voice” araşdırma məlumatlarına istinadən məlumat yayılıb.

Reytinqdə birinci sərvəti 6,59 milyard dollar olan iş adamı Rinat Axmetovdur. Onun gəlirlərinin 2022-ci illə müqayisədə 43 faiz azaldığı qeyd edilir. İkinci yerdə 34 faiz azalan 1,72 milyard sərvətlə sahibkar Viktor Pinçuk qərarlaşıb.

Üçüncü yeri Petro və Aleksey Poroşenko tutublar, onların sərvəti 954 milyon qiymətləndirilir.

“Ən varlı iş adamlarının siyahısının təhlil edilərək dərc edildiyi ən azı 2006-cı ildən bu yana Ukraynada cəmi iki milyarderin qaldığı vəziyyət olmayıb”, - hesabatda vurğulanır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5271
avatar

Oxşar yazılar