2022-ci ildə fəaliyyətə başlayan TİMP MMC qısa müddət ərzində audit, vergi və mühasibat uçotu sahəsində peşəkar yanaşması, beynəlxalq standartlara əsaslanan xidmət modeli və etibarlı tərəfdaşlıq prinsipləri ilə yerli biznes mühitində seçilən şirkətlərdən birinə çevrilib. Şirkət 2025-ci ildə dünyanın 60-dan çox ölkəsində üzvləri olan “TGS Global” beynəlxalq biznes şəbəkəsinin Azərbaycandakı yeganə müstəqil üzvü olduqdan sonra fəaliyyətini “TGS Azerbaijan TİMP” MMC adı altında davam etdirməyə başlayıb.
.jpg)
Qlobal miqyasda geniş təmsilçiliyə malik şəbəkənin üzvü olmaq “TGS Azerbaijan TİMP” MMC-yə beynəlxalq səviyyədə sınaqdan keçirilmiş metodologiyaları, müxtəlif sahələr üzrə qabaqcıl təcrübələri və müasir yanaşmaları Azərbaycan bazarına inteqrasiya etmək imkanı yaradıb ki, bu da şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətinə və etibarlılığına birbaşa təsir göstərir. Eyni zamanda, şirkət Azərbaycanda audit fəaliyyətini tənzimləyən və nəzarət edən əsas dövlət qurumu olan Auditorlar Palatası tərəfindən 24 oktyabr 2025-ci il tarixində verilmiş AT/252 qeydiyyat nömrəli icazə əsasında audit fəaliyyəti göstərmək səlahiyyətinə malikdir.
“TGS Azerbaijan TİMP” MMC audit, vergi və mühasibat uçotu sahələrində göstərdiyi xidmətlər vasitəsilə tərəfdaşlarının maliyyə hesabatlılığının şəffaflığını, düzgünlüyünü və beynəlxalq tələblərə uyğunluğunu təmin etməyi əsas prioritet kimi müəyyən edib. Şirkətin yerli bazarda fərqləndirici cəhətlərindən biri təqdim edilən audit xidmətlərinin yalnız uyğunluq yoxlaması ilə məhdudlaşmaması, eyni zamanda verilən audit rəylərinin beynəlxalq səviyyədə tanınması və xarici ölkələrdə rəsmi etibarlılığa malik olmasıdır ki, bu da xüsusilə beynəlxalq tərəfdaşlarla çalışan və ya xarici investisiya cəlb etməyi hədəfləyən şirkətlər üçün mühüm üstünlük hesab olunur.
.png)
Şirkət tərəfindən təqdim olunan xidmətlər:
• Maliyyə hesabatlarının ISA (Beynəlxalq Audit Standartları) əsasında auditinin aparılması və nəticəyə əsasən rəyin verilməsi
• Maliyyə hesabatlarının IFRS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) əsasında hazırlanması
• Yerli qanunvericiliyə və beynəlxalq standartlara əsasən mühasibatlıq xidmətlərinin göstərilməsi
• Çoxillik vergi yoxlamalarının aparılması, kənarlaşmaların müəyyən edilməsi və düzgün vergi balansının tərtib edilməsi
.jpg)
“TGS Azerbaijan TİMP” MMC peşəkar yanaşması və beynəlxalq təcrübəyə əsaslanan xidmətləri ilə şirkətlərin maliyyə proseslərinin daha səmərəli və şəffaf şəkildə qurulmasına dəstək göstərir. Şirkətin fəaliyyəti və əməkdaşlıq imkanları barədə ətraflı məlumatı təqdim olunan əlaqə vasitələri ilə əldə etmək mümkündür.
Əlaqə: (+994 10) 225 33 58
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 32/24, Bina 2