Bakının iki rayonunda  qaz kəsiləcək
03 aprel 2024 19:02 (UTC +04:00)

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Elşən İsmayılov küçəsində qaz xəttində aşkar olunmuş sızmanın ləğv olunması, Xətai rayonunun R.Əsgərov küçəsi 39 və S. Mehmandarov küçəsi 94 A ünvanlarında qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar aprelin 4-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Səbail rayonunun Bayıl qəsəbəsinin və Xətai rayonunun R.Əsgərov, S. Mehmandarov, Ə.Şıxlinski küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 6042
avatar

Oxşar yazılar