Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur-SƏBƏB
21 iyun 2026 13:48 (UTC +04:00)

Bakıda suyun verilməsində 2-3 saatlıq azalmalar tətbiq olunur-SƏBƏB

0

Mövsüm keçidi ilə əlaqəli su təminatı sistemində bərpa və yeniləmə işləri aparılır.

Bu barədə Lent.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən xəbər verilib.

Qeyd edilib ki, anbarlardan qəbul edilən suyun miqdarını artırmaq və sutəmizləyici qurğuların məhsuldarlığının artırmaq məqsədi ilə texniki işlər icra edilir: "Bu məqsədlə görülən işlər çərçivəsində verilən suyun həcmi müvəqqəti azaldılıb. Nəticədə Bakı şəhərinin müxtəlif rayonlarının ərazilərində suyun verilmə saatlarında 2-3 saatlıq azalmalar tətbiq olunur. Su təminatındakı fasilələrə görə abonentlərdən üzr istəyirik".

Bildirilib ki, yaxın zamanlarda suyun tam həcmdə verilməsi bərpa olunacaq

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar