Bakıda sərnişindaşımanı həyata keçirək 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.
Lent.az-ın xəbərinə görə, "Həzi Aslanov" metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.
Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.