Bakı hava limanı ştat rejimində FƏALİYYƏT GÖSTƏRİR
11 yanvar 2023 09:55 (UTC +04:00)

Bakı hava limanı ştat rejimində FƏALİYYƏT GÖSTƏRİR

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir.

AZAL-dan Lent.az-a verilən məlumata görə, Bakı hava limanında uçuşlar cədvələ uyğun olaraq həyata keçirilir.

Hava limanında uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi olaraq bütün zəruri işlər aparılır.

Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1635
avatar

Fidan İlqar

Oxşar yazılar