"Azərbaycan Dəmir Yolları" Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
ADY-den Lentşaz-a verilən məlumata görə, yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-dən isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Məlumata görə, marşrut üzrə Şəki, Qax, Zaqatala və Balakən stansiyaları, eyni zamanda dörd aralıq dayanacaqda da sərnişinlərin düşüb-minməsi təmin ediləcək.